Şriftin ölçüsü :

Saytın rəngi :

Xanagah kəndində qaz kəmərinin bərpasından sonra açılışı

29 sentyabr 2015 | 15:00

29 sentyabr 2015-ci il tarixdə Xanagah kəndində bərpadan sonra qaz yanacağının verilməsinə həsr edilmiş təntənəli mərasim oldu.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kənd sakinlərini ürəkdən təbrik etdi, onlara daha firavan həyat arzuladı. Xalqa, hər bir Azərbaycan vətəndaşına, İsmayıllı əhalisinə göstərdiyi qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
“Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı idarəsinin rəisi Elşən Rəhimov bildirdi ki, kəndlərin qazlaşdırılması məsələsi ARDNŞ-nın qarşısına qoyulan ən mühüm məsələdir. Onun icrası məsuliyyətini dərk edərək işləyirik. Xanagah kəndinə qaz verlişinin bərpası üçün 9200 metr müxtəlif ölçülü borulardan ibarət kəmər və xətlər çəkilib. 186 abonent qazdan istifadə edəcək. Abonentlər üçün sayğaclar da quraşdırılmışdır.
Kəndin ağsaqqalları, şəhid anası,məcburi köçkün çıxış edərək tükənməz qayğıya, məişətlərinə gətirdiyi rahatlığa görə ölkə başçısına, Azərbaycan dövlətinə minnətdarlıqlarını bildirdilər.
Ağsaqqalların və qaz çəkilişində iştirak edənlərin nümayəndələri məşəli alovlandırdılar.
Bu münasibətlə qurban kəsildi.
Yanan qaz pilətəsi olan evdə çəkiliş aparıldı.
RİH-nin başçısı sonda qeyd etdi ki, növbəti açılışlar Sumağallı, İstisu, Çayqovuşan və Qalacıq kəndlərində olacaq.

Keçidlər