Şriftin ölçüsü :

Saytın rəngi :

Yapon qonaqlar İsmayıllıda

02 oktyabr 2015 | 15:00

02 oktyabr 2015-ci il tarixdə Yapon mədəniyyətini təqdim etmək üçün İto şəhərindən gəlmiş  11 mədəniyyət işçisi  ilə İsmayıllı Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Görüşdə RİH-nin başçısı  Mirdaməd Sadıqov, RİHB-nın müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yaponiyanın İto şəhərində səfərdə olmuş müəllim və şagirdlər iştirak etmişlər. RİH başçısı Mirdaməd Sadıqov  qonaqları salamlayaraq onların rayonumuzda olmaqlarından məmnunluğunu, Yaponiyanın İto səhəri və Azərbaycan Respublikasının İsmayıllı şəhəri arasında imzalanmış dostluq  sazişinin davamlı və daimi olacağına əmin olduğunu  bildirdi. Sonda  qonaqlara hədiyyələr təqdim olundu.

Keçidlər