Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda müstəqilliyin 24-cü ili “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğəlsində bayram edildi.

16 oktyabr 2015 | 15:00

1918-ci il may ayının 28-də Şərqdə ilk olaraq Azərbaycan Demokratik Cümhuriyyəti yaradılmışdı. Dövlətçilik tarixi qədim olan ölkəmiz müstəqillik əldə etmişdi. Lakin dağıdıcı inqilablarla Rusiyanı xalqların məcburi birliyi məkanına çevirənlər XI ordu vasitəsilə Azərbaycan Demokratik Respublikasını devirdilər. Xalqımız müstəqilliyinin bərpasını  70 il gözlədi, nəhayət arzusuna çatdı.
1991-ci il 18 oktyabrda Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyinin bərpası barədə Konstitusiya aktı qəbul etdi. Bu hələ formal tərəf idi. Dövlət müstəqilliyini reallığa çevirən, ona əbədilik xarakteri verən ümummilli liderimiz Heydər Əliyev oldu. Onun milli,xəlqi, bəşəri siyasəti sayəsində Azərbaycan əsil mənada müstəqillik arzusuna qovuşdu, xaosdan, vətəndaş müharibəsindən xilas oldu.
“Heydər Əliyev idarəetmə məktəbi”nin Azərbaycanın dövlət müstəqilliyinə həsr olunmuş məşğələsində bunlar barədə ətraflı danışıldı, maraqlı çıxışlar oldu.
Heydər Əliyev Mərkəzində keçirilən məşğələdən əvvəl iştirakçılar foyedə təşkil olunmuş əl işləri, yerli rəssamların rəsm əsərləri, müstəqilliyə,ümummilli lider Heydər Əliyevə  həsr olunmuş və onun kitablarından ibarət sərgiyə tamaşa etdilər.
Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda məruzə etdi. O, ümummilli liderin müstəqilliyimizin əbədiliyinin təminatçısı olduğunu xarakterizə etməklə yanaşı, Prezident İlham Əliyevin,müstəqil və azad Azərbaycanı dönməz siyasəti ilə məharətlə idarə etməsindən danışdı.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışında qeyd etdi ki, müstəqilliyimizin  bərpasından keçən 24 il müddətində Azərbaycan regionda lider ölkəyə, beynəlxalq miqyasda söz sahibinə çevrilib.İnsanlar ölkənin tam hüquqlu vətəndaşı kimi öz torpağının,əmlakının ,hüquq və azadlıqlarının sahibidir.
Müstəqilliyimizin bərpasına müxtəlif aspektlərdən yanaşan  Elxan Bədəlovun, Şahin Kərimovun, Novruz Əsədovun,  Sevinc Novruzovanın və Elnarə Əlizadənin çıxışları maraqla dinlənildi.
Rayon gənclər və idman idarəsi ilə rayon təhsil şöbəsinin “Müstəqilliyimiz əbədi və dönməzdir” mövzusunda keçirdiyi inşa müsabiqəsinin qaliblərinə RGİİ-nin diplomları və hədiyyələri verildi.
Heydər Əliyev Mərkəzinin foyesindəki konsertlə müstəqillik gününə həsr olunmuş tədbir yekunlaşdı

Keçidlər