Şriftin ölçüsü :

Saytın rəngi :

Tarix elimləri doktoru, Əməkdar jurnalist Qafar Cəbiyevin 65 illik yubileyi.

28 oktyabr 2015 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbüsü və təşkilatçılığı ilə Talıstan kəndində doğulub boya başa çatmış  tarix elimləri doktoru, tanınmış publisist, arxeoloq və əməkdar jurnalist, Azərbaycan Respublikası Milli Teleradio Şurasının üzvü Qafar Cəbiyevin 65 illik yubileyi təntənə ilə       27 oktyabr 2015-ci il tarixdə  qeyd olunub.
Tədbir ilk olaraq yubiliyarın anadan olduğu, böyüyüb boya-başa çatdığı, təhsil aldığı Talıstan kənd tam orta məktəbində keçirilib. Səmimi və işgüzarlıq şəraitində keçən tədbirdə Q.Cəbiyevin yaxınları, alim dostları, məktəb şagirdləri, kənd camaatı iştirak ediblər. Çıxış edənlər alim Q.Cəbiyevə çoxşaxəli yaradıcılığında uğurlar arzulayıblar.
Sonra tədbir rayon mədəniyyət mərkəzinin foyesində davam etdirilib. Foyedə alimin kitablarından hazırlanmış sərgiyə baxış keçirilib. RİH-başçısı Mirdaməd Sadıqov, RİHB-nin müavinləri, Akademik, tarix elimləri doktoru Teymur Bünyatov, tarix elimləri doktoru,  akademik, AMEA-nın Tarix İnsitutunun direktoru Yaqub Mahmudov, tarix elimləri doktoru, N. Tusi adına ADPU-nin kafedra müdiri, AMEA-nin müxbir üzvü, Vəli Əliyev, AMEA-nın şöbə müdiri Əsədulla Cəfərov, tarix elimləri doktoru Şikar Qasımov və başqaları, ictimaiyyət nümayəndələri alimlə görüşdə iştirak ediblər.
      RİH başçısı Mirdaməd Sadıqov Qafar Cəbiyevin zəngin elmi fəaliyyəti və arxeologiya elminin inkişafı sahəsindəki xidmətləri, bütün bu elmi istiqamətlərə dərindən yiyələnməsi barədə çıxış edib. Qafar Cəbiyevin arxeoloji tədqiqatları, tarix elminə verdiyi töhfələr  dövlət başçısı cənab İlham Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirdiyini deyən rayon rəhbəri yubilyara xatirə hədiyyəsi təqdim  edib.
       Yubiley tədbirində çıxış edən alimləri  Vəli Əliyev, Əsədulla Cəfərov, Şikar Qasımov, Əlvan Ağayev, Tofiq Babayev və başqaları bildiriblər ki, Qafar Cəbiyev Azərbaycanda tarix elminin müasir mərhələdə inkişafı, milli dövlətçilik ənənələrinin bərpası, Azərbaycanın tarixi torpaqlarının bir hissəsində müstəqil Azərbaycan Respublikasının qurulması və milli məfkurənin formalaşmasında rolu böyükdür.
    Dövlət qulluğu veteranı Valeh Salehov Qafar Cəbiyevin jurnalistik, publisistik yaradıcılığından, “Zehmətkeş” rayon qəzetində birgə işləməklərindən danışıb.
     Tədbiri jurnalist, Q.Cəbiyevlə birgə işləmiş Lətifə Əliyeva dövlət siyasəti baxımından çox yüksək səviyyədə aparıb. Qonaqlar İsmayıllının sonillərdəki inkişafına sevinərək,böyük dəyər verdilər.

Keçidlər