Şriftin ölçüsü :

Saytın rəngi :

Etik davranış

 
 
Fəaliyyət
Etik müvəkkilin iş planı
Tədbirlər 
 
Etik davranış məsələləri üzrə komissiyanın 2021-ci il üçün illik hesabatı
 

Dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyası həyatın bütün sahələrinə olduğu kimi, idarəetmə sahəsinə də öz təsirlərini göstərmişdir. 2021-ci ilin əvvəlindən idarəetmənin əsas alətlərindən biri olan birbaşa  ünsiyyət xəstəliyin yayılmaması üçün  məhdudlaşdırılmışdır. Bununla belə zərurətlə əlaqədar  pandemiya qaydalarına əməl edilməklə təyin edilmiş günlərdə vətəndaş qəbulları həyata keçirilmişdir.              2021-ci ildə Etik müvəkkilin tədbirlər planında nəzərdə tutulan seminarlar koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirlərinə uyğun olaraq keçirilmişdir. Bundan əlavə karantin qaydalarına əməl edilməklə keçirilmiş müşavirələrdə, sosial şəbəkələr üzərindən məmur-vətəndaş münasibətlərinin qurulması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
     2021-ci ildə də “COVID-19” infeksiyasının qarşısının alınması istiqamətində müvafiq tapşırıqlar əsasında sakinlərin vaksinasiyaya cəlb olunması istiqamətində İsmayıllı rayonunda da maarifləndirmə və digər təbliğat tədbirləri aparılmışdır. Odur ki, dövlət qulluqçularının bu sahədəki fəaliyyəti ciddi nəzarətdə saxlanılaraq daim təlimatlar verilmiş, mütəmadi olaraq etik davranış qaydaları onların nəzərinə çatdırılmışdır. İl ərzində inzibati tənbeh tədbirləri də əsas pandemiya dövründə fəaliyyətlərin tənzimlənməsi ilə əlaqədar olmuşdur. Lakin tədbirlərin təşkili və verilən tapşırıqların icrası bəzi İƏD üzrə nümayəndəliklərdə çox zəif təşkil olunduğu, dəfələrlə işlərində dönüş yaradılması tövsiyə olunsa da, bir neçə nümayəndəlikdə fəaliyyətlərində irəliləyiş olmamışdır. Bu səbəbdən 3 İƏD üzrə nümayəndəyə töhmət verilmiş, 2 İƏD üzrə nümayəndə və bir İƏD üzrə nümayəndənin müavininə xəbərdarlıq edilmişdir. Barələrində intizam tənbeh tədbirləri görülmüş nümayədələrə tövsiyə olunmuşdur ki, qısa müddət ərzində onlara verilmiş tapşırıqların icrası ilə bağlı fəaliyyətlərində dönüş yaratsınlar. Bir İƏD üzrə nümayəndəyə isə qanunsuz olaraq ağac kəsilməsi üçün göstəriş verdiyinə və qanunvericiliyin tələblərinə əməl etmədiyinə görə töhmət verilmiş, ona etik davranış qaydalarına əməl etməsi bir daha tövsiyə edilmişdir.
    2021-ci ildə dövlət qulluqçularının etik davranış qaydalarına əməl etmələri məsuliyyətinin artırılması məqsədilə etik davranış qaydaları ilə hər bir işçi fərdi qaydada bir daha tanış edilmişdir. Bundan əlavə sosial şəbəkə üzərindən xatırlatmalar edilmiş, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tam mətni dövlət qulluqçularının xidməti istifadələrinə çatdırılmışdır.
     Vətəndaşların bütün növ, o cümlədən dövlət qulluqçularının fəaliyyəti ilə bağlı müraciətlərinin qəbul edilməsi üçün imkanlar bir qədər də artırılmış, İsmayıllı RİH-də təşkil olunan “Qaynar xətt”in (164) fəaliyyəti davam etdirilmişdir. Bundan əlavə vətəndaşlara sosial şəbəkələr vasitəsilə də məmur-vətəndaş münasibətlərinin qurulması istiqamətində görülən işlərə qiymət vermək imkanı yaradılmışdır.
        2021-ci ilin hədəfi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair  2019−2025-ci illər üçün Strategiya” sənədinə uyğun fəaliyyət,  məmur-vətəndaş münasibətlərinin tam səmimiyyət, qarşılıqlı etimad əsasında qurulmasıdır.


RİH başçısının birinci müavini, Etik müvəkkil:         Mahmud Süleymanov

 

İsmayıllı  Rayon İcra Hakimiyyəti başçısı Aparatının Etik müvəkkilinin 2022-ci il üçün
 

İŞ PLANI

S/s

Tədbirin adı

Tədbirin mövzusu

Tədbirin vaxtı

Tədbirin keçirildiyi yer

1

Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri üçün təlimlərin keçirilməsi

Vicdanlı davranış

   yanvar

Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı

2

Rayon İcra Hakimiyyəti başçısı Aparatının və  inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri üçün təlimlərin keçirilməsi

Peşəkarlıq və fərdi məsuliyyətin artırılması

fevral

Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı

3

Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati vəzifə tutan işçiləri üçün təlimlərin keçirilməsi

Loyallıq, İctimai etimad

mart

Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı

4

Rayon İcra Hakimiyyəti başçısı Aparatının və  inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri üçün təlimlərin keçirilməsi

İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət,

    aprel

Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı

5

Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri üçün təlimlərin keçirilməsi

Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi
Qərəzsizlik

may

Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı

6

Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri üçün təlimlərin keçirilməsi

Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi, Korrupsiyanın qarşısının alınması

iyun

Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı

7

Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri üçün təlimlərin keçirilməsi

Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

iyul

Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı

8

Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati vəzifə tutan işçiləri üçün təlimlərin keçirilməsi

Maraqlar toqquşmasının qarşısının alınması

   avqust

Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı

9

Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri üçün təlimlərin keçirilməsi

Əmlakdan istifadə

sentyabr

Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı

10

Rayon İcra Hakimiyyəti başçısı Aparatının və  inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri üçün təlimlərin keçirilməsi

Məlumatlardan istifadə

oktyabr

Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı

11

Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri üçün təlimlərin keçirilməsi

Məlumatlardan istifadə

   noyabr

Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı

12

Rayon İcra Hakimiyyəti başçısı Aparatının və  inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri üçün təlimlərin keçirilməsi

İctimai və ya siyasi fəaliyyət

   dekabr

Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı

13

Məktəbli və gənclərlə tədbir

Dövlət qulluğuna marağın formalaşdırılması

   dekabr

Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı

 

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının

birinci müavini, Etik müvəkkil                                         Mahmud Süleymanov

 


    

 

 

 

 

 

 

 
 
 
Keçidlər