Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai Şura

İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu

İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair əsasnamə

 

 

 

 

Azərbaycan Respublikası
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının
S Ə R Ə N C A M I
  №  63                                                                                                                   «16» may 2021-ci il

 

İsmayıllı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili
məqsədi ilə Komissiyanın yaradılması haqqında

Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanununa, Azərbaycan Respublikası Prezidentinin “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanunun tətbiqi barədə 16 yanvar 2014-cü il tarixli 89 nömrəli fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında 30 may 2014-cü il tarixli 171 nömrəli qərarına əsasən, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndini rəhbər tutaraq

q ə r a r a   a l ı r a m:

I. İsmayıllı Rayon İcra Hakimiyyəti yanında (rayon icra hakimiyyətinin əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən isə 5 üzv) ictimai şuraya seçkinin təşkil edilməsi məqsədilə 9 nəfərdən ibarət aşağıdakı tərkibdə seçki komissiyası yaradılsın.  

    Komissiyanın sədri

1. Mahmud Süleymanov  -  İsmayıllı RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri

Komissiyanın üzvləri

2. Sevil Əhmədova  - İsmayıllı RİH başçısının müavini, İctimai-siyasivə humanitar məsələlər şöbəsinin müdiri

3. Pakizə Abbasova  - İsmayıllı RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri

4. Şahin Hüseynov  - İsmayıllı RİH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini

5. Hacıməmməd Məmmədov - “İsmayıllı Yazarları” Ədəbi İctimai Birliyinin təsisçisi

6. Şahməmməd Soltanov - “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru

7. Kamil Dadaşov  - “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin İsmayıllı rayon filialının sədr müavini

8. Kamran Məlikzadə  - Azərbaycan Respublikası “Gənclərin Anti-Narkomaniya”  İctimai Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri

9. Hafiz Kərimov  - Təhsil işçiləri Azad Həmkarlar ittifaqı İsmayıllı rayon komitəsinin sədri.

II. Seçki Komissiyasına tapşırılsın ki, İsmayıllı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatını “İctimai şuranın vətəndaş cəmiyyəti inistitutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.9-cu maddəsinə uyğun olaraq 20 gün müddətinə başa çatdırsın və seçkilərin “İctimai şuranın vətəndaş cəmiyyəti inistitutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etsin.
III. Seçki komissiyası Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (www.ismayilli-ih.gov.az), “İsmayıllı xəbərləri qəzetində”, Rayon İcra Hakimiyyətinin məlumat lövhəsində və digər müvafiq yerlərdə İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar olaraq namizədlərin irəli sürülməsi, qeydiyyatın başlanması və başa çatması vaxtını elan etsin.
IV. Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərova tapşırılsın ki, sərəncamın aidiyyəti üzrə çatdırılmasını təmin etsin.
V. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.


Nahid Bağırov

Keçidlər