Azərbaycan Respublikasının Daxili İşlər Naziri İsmayıllıda vətəndaşları qəbul edəcək
01 iyun 2023 | 11:00
Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il iyun ayının 13-də İsmayıllı Rayon Polis Şöbəsinin inzibati binasında Ağsu, İsmayıllı, Göyçay, Qobustan, Şamaxı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 12.06.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in
mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.