Etik davranış
Etik davranış məsələləri üzrə komissiyanın 2023-cü il üçün illik hesabatı
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsaslanaraq, 2023-cü il ərzində İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən aşağıdakı mövzularda Aparatın, həmçinin sahə və qəsəbə icra nümayəndəliklərinin dövlət qulluqçusu olan əməkdaşlarının iştirakı ilə təlimlər keçirilmişdir:
- dövlət orqanlarında korrupsiya hallarının qarşısının alınması;
- insanların hüquq, azadlıq və qanuni maraqlarına hörmət;
- maddi və qeyri-maddi nemətlərin əldə edilməsinə yol verilməməsi;
- vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi;
- dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymətləndirilməsi müəyyən edilmişdir. Qeyd etmək istərdik ki, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçuları barədə qiymətləndirmə işləri aparılarkən nəzərdə tutulmuş meyarlardan başqa, həmin əməkdaşlar tərəfindən il ərzində etik davranış qaydalarına riayət edilməsi, bu sahədə pozuntulara yol verilməməsi, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması nəzərə alınır.
2023-cü il ərzində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı şikayət daxil olmamışdır.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Etik müvəkkilinin 2024-ci il üçün
İŞ PLANI
S/s |
Tədbirin adı |
Tədbirin mövzusu |
Tədbirin vaxtı |
Tədbirin keçirildiyi yer |
1 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri üçün təlimlərin keçirilməsi |
Vicdanlı davranış |
yanvar |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı |
2 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının və inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri üçün təlimlərin keçirilməsi |
Peşəkarlıq və fərdi məsuliyyətin artırılması |
fevral |

3 |
Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati vəzifə tutan işçiləri üçün təlimlərin keçirilməsi |
Loyallıq, İctimai etimad |
mart |

4 |

İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət, |
aprel |

5 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri üçün təlimlərin keçirilməsi |
Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi |
may |

6 |

Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi, Korrupsiyanın qarşısının alınması |
iyun |

7 |

Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər |
iyul |

8 |

Maraqlar toqquşmasının qarşısının alınması |
avqust |

9 |

Əmlakdan istifadə |
sentyabr |

10 |

Məlumatlardan istifadə |
oktyabr |

11 |

noyabr |

12 |

İctimai və ya siyasi fəaliyyət |
dekabr |

13 |
Məktəbli və gənclərlə tədbir |
Dövlət qulluğuna marağın formalaşdırılması |

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini, Etik müvəkkil Mahmud SüleymanovDünyanı bürüyən koronavirus (COVID-19) pandemiyası həyatın bütün sahələrinə olduğu kimi, idarəetmə sahəsinə də öz təsirlərini göstərmişdir. 2021-ci ilin əvvəlindən idarəetmənin əsas alətlərindən biri olan birbaşa ünsiyyət xəstəliyin yayılmaması üçün məhdudlaşdırılmışdır. Bununla belə zərurətlə əlaqədar pandemiya qaydalarına əməl edilməklə təyin edilmiş günlərdə vətəndaş qəbulları həyata keçirilmişdir. 2021-ci ildə Etik müvəkkilin tədbirlər planında nəzərdə tutulan seminarlar koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirlərinə uyğun olaraq keçirilmişdir. Bundan əlavə karantin qaydalarına əməl edilməklə keçirilmiş müşavirələrdə, sosial şəbəkələr üzərindən məmur-vətəndaş münasibətlərinin qurulması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
2021-ci ildə də “COVID-19” infeksiyasının qarşısının alınması istiqamətində müvafiq tapşırıqlar əsasında sakinlərin vaksinasiyaya cəlb olunması istiqamətində İsmayıllı rayonunda da maarifləndirmə və digər təbliğat tədbirləri aparılmışdır. Odur ki, dövlət qulluqçularının bu sahədəki fəaliyyəti ciddi nəzarətdə saxlanılaraq daim təlimatlar verilmiş, mütəmadi olaraq etik davranış qaydaları onların nəzərinə çatdırılmışdır. İl ərzində inzibati tənbeh tədbirləri də əsas pandemiya dövründə fəaliyyətlərin tənzimlənməsi ilə əlaqədar olmuşdur. Lakin tədbirlərin təşkili və verilən tapşırıqların icrası bəzi İƏD üzrə nümayəndəliklərdə çox zəif təşkil olunduğu, dəfələrlə işlərində dönüş yaradılması tövsiyə olunsa da, bir neçə nümayəndəlikdə fəaliyyətlərində irəliləyiş olmamışdır. Bu səbəbdən 3 İƏD üzrə nümayəndəyə töhmət verilmiş, 2 İƏD üzrə nümayəndə və bir İƏD üzrə nümayəndənin müavininə xəbərdarlıq edilmişdir. Barələrində intizam tənbeh tədbirləri görülmüş nümayədələrə tövsiyə olunmuşdur ki, qısa müddət ərzində onlara verilmiş tapşırıqların icrası ilə bağlı fəaliyyətlərində dönüş yaratsınlar. Bir İƏD üzrə nümayəndəyə isə qanunsuz olaraq ağac kəsilməsi üçün göstəriş verdiyinə və qanunvericiliyin tələblərinə əməl etmədiyinə görə töhmət verilmiş, ona etik davranış qaydalarına əməl etməsi bir daha tövsiyə edilmişdir.
2021-ci ildə dövlət qulluqçularının etik davranış qaydalarına əməl etmələri məsuliyyətinin artırılması məqsədilə etik davranış qaydaları ilə hər bir işçi fərdi qaydada bir daha tanış edilmişdir. Bundan əlavə sosial şəbəkə üzərindən xatırlatmalar edilmiş, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tam mətni dövlət qulluqçularının xidməti istifadələrinə çatdırılmışdır.
Vətəndaşların bütün növ, o cümlədən dövlət qulluqçularının fəaliyyəti ilə bağlı müraciətlərinin qəbul edilməsi üçün imkanlar bir qədər də artırılmış, İsmayıllı RİH-də təşkil olunan “Qaynar xətt”in (164) fəaliyyəti davam etdirilmişdir. Bundan əlavə vətəndaşlara sosial şəbəkələr vasitəsilə də məmur-vətəndaş münasibətlərinin qurulması istiqamətində görülən işlərə qiymət vermək imkanı yaradılmışdır.
2021-ci ilin hədəfi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” sənədinə uyğun fəaliyyət, məmur-vətəndaş münasibətlərinin tam səmimiyyət, qarşılıqlı etimad əsasında qurulmasıdır.
RİH başçısının birinci müavini, Etik müvəkkil: Mahmud Süleymanov
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Etik müvəkkilinin 2022-ci il üçün
S/s |
Tədbirin adı |
Tədbirin mövzusu |
Tədbirin vaxtı |
Tədbirin keçirildiyi yer |
1 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri üçün təlimlərin keçirilməsi |
Vicdanlı davranış |
yanvar |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı |
2 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının və inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri üçün təlimlərin keçirilməsi |
Peşəkarlıq və fərdi məsuliyyətin artırılması |
fevral |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı |
3 |
Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati vəzifə tutan işçiləri üçün təlimlərin keçirilməsi |
Loyallıq, İctimai etimad |
mart |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı |
4 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının və inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri üçün təlimlərin keçirilməsi |
İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət, |
aprel |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı |
5 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri üçün təlimlərin keçirilməsi |
Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi |
may |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı |
6 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri üçün təlimlərin keçirilməsi |
Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi, Korrupsiyanın qarşısının alınması |
iyun |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı |
7 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri üçün təlimlərin keçirilməsi |
Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər |
iyul |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı |
8 |
Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati vəzifə tutan işçiləri üçün təlimlərin keçirilməsi |
Maraqlar toqquşmasının qarşısının alınması |
avqust |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı |
9 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri üçün təlimlərin keçirilməsi |
Əmlakdan istifadə |
sentyabr |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı |
10 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının və inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri üçün təlimlərin keçirilməsi |
Məlumatlardan istifadə |
oktyabr |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı |
11 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri üçün təlimlərin keçirilməsi |
Məlumatlardan istifadə |
noyabr |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı |
12 |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının və inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri üçün təlimlərin keçirilməsi |
İctimai və ya siyasi fəaliyyət |
dekabr |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı |
13 |
Məktəbli və gənclərlə tədbir |
Dövlət qulluğuna marağın formalaşdırılması |
dekabr |
Rayon İcra Hakimiyyəti başçısı Aparatının iclas zalı |
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini, Etik müvəkkil Mahmud Süleymanov