Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının fövqəladə hallar naziri İsmayıllı və Ağsu rayonlarının sakinləri ilə qəbul keçirəcəkdir

02 yanvar 2023 | 09:10

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 5 yanvar 2023-cü il tarixində İsmayıllı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 10:00-dan İsmayıllı və Ağsu rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 4 yanvar 2023-cü il tarixində Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-da başlayacaqdır.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: info@fhn.gov.az

Keçidlər