Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İsmayıllıda vətəndaşları qəbul edəcək

04 iyul 2023 | 13:12

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 12-də İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11:00-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 61) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (020) 265 33 04, (055) 655-57-65, chairman@scwra.gov.az, dk-shamaxi@scwra.gov.az) müraciət etmələri xahiş olunur.

Keçidlər