Dövlət Gömrük Komitəsi İsmayıllıda vətəndaşları qəbul edəcək
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək.
Qəbul dekabrın 23-də saat 10:00-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində (ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev pr. 57) keçiriləcək və İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul ediləcək.
Qəbul zamanı İsmayıllı və Ağsu rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.