Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanında vakant inzibati vəzifələrin tutulması məqsədilə ümumi müsahibə elanı verilmişdir
29 yanvar 2025 | 12:33
Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanında vakant inzibati vəzifələrin tutulması məqsədilə 23 yanvar 2025-ci il tarixində ümumi müsahibə elanı verilmişdir.
Elan üzrə sənəd qəbulu yalnız Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 21 fevral 2025-ci il tarixi, saat 18:00-dək davam edəcək.
İsmayıllı Rayon İcra Hakimiyyəti üzrə 12 vakant vəzifə ümumi müsahibəyə təqdim olunub.
https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=560