Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev oktyabrın 10-da İsmayıllı rayonunda sakinləri qəbul edəcək.

29 sentyabr 2023 | 12:27

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 29 sentyabr-05 oktyabr tarixlərində nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Keçidlər