Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli İsmayıllıda vətəndaşları qəbul edəcək

19 aprel 2024 | 11:04

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli 26.04.2024-cü il tarixində saat 10:00-da Heydər Əliyev Mərkəzində İsmayıllı rayonunda sakinləri qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 17-23 aprel tarixlərində Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Keçidlər