Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat nazirinin müavini İsmayıllıda vətəndaşları qəbul edəcək.

23 may 2023 | 17:44

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov mayın 26-da İsmayıllı şəhərində (İsmayıllı rayon Mədəniyyət Mərkəzi İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 61) Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcək. Qəbula gəlmək istəyən Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

Keçidlər