Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı sakinlərinin nəzərinə!

05 iyul 2022 | 09:31

Ədliyyə naziri Ağsuda vətəndaşları qəbul edəcək. 

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov iyulun 6-da Ağsu şəhərində ədliyyə fəaliyyəti ilə bağlı Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Vətəndaşlar qəbula Göyçay regional ədliyyə idarəsi (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti 30, əlaqə telefonları: (+994 20) 274-30-41, (+994 50) 661-81-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) və (+99499) 317-22-05 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Keçidlər