İsmayıllı rayon sakinlərinin nəzərinə!
Qəbələ Səyyar ASAN xidmət avtobusu 16.10.2024–14.11.2024 tarixlərdə İsmayıllı sakinlərinə xidmət göstərəcək.
Səyyar Xidmət Məntəqəsi: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 55 (Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı Rayon Şöbəsinin qarşısı)
Vətəndaşlara göstərilən xidmətlər:
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
- Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi
- Əmək pensiyaların təyin edilməsi
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
- Notariat fəaliyyəti
- Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı
- Tibbi arayışların verilməsi(qan qrupu və boy, göz arayışları)
Qeyd: Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.