İsmayıllı rayon sakinlərinin diqqətinə!
26 may 2025 | 16:01
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilən məlumata əsasən 27 may 2025-ci il tarixdə saat 09:30-dan etibarən işlər başa çatanadək qaz xətlərinin təmiri ilə əlaqədar İsmayıllı şəhəri, Quşencə, Zoğallıq, Göytəpə, Qalınçaq, Cülyan, Xanagah, Topçu, Qurbanəfəndi, Buynuz, Sumağallı, Çayqovuşan, Qalacıq, İstisu kəndlərində qaz verilişində məhdudiyyətlər yaranacaq.