Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elanı verilib

27 yanvar 2024 | 15:58

Rayon İcra Hakimiyyətində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elanı verilib.

Dövlət İmtahan Mərkəzi tərəfindən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, aparıcı məsləhətçi (1 yer), İcra nümayəndəlikləri, Hacıhətəmli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, baş məsləhətçi - baş mühasib (1 yer) vakant inzibati vəzifələrin tutulması məqsədilə ümumi müsahibə elanı verilib.Elan üzrə sənəd qəbulu Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 22 fevral 2024-cü il saat 18:00-dək davam edəcək.

Namizədlər https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList... linkə daxil olaraq elana çıxarılmış vəzifələrin vəzifə təlimatı və müsahibə proqramları ilə tanış ola bilərlər.

Keçidlər