Səyyar ASAN xidmət İsmayıllıda
28 iyun 2022 | 15:01
İsmayıllı rayon sakinlərinin nəzərinə! Qəbələ Səyyar ASAN xidmət avtobusu 29.06.2022 - 28.07.2022 tarixlərdə İsmayıllı sakinlərinə xidmət göstərəcək.
Səyyar Xidmət Məntəqəsi: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 55 (Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı Rayon Şöbəsinin qarşısı)
Vətəndaşlara göstərilən xidmətlər:
- Tibb xidməti
- Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
- Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi
- Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
- Əmək pensiyalarının təyin edilməsi
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
- Notoriat fəaliyyəti
Qeyd:
Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.