Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar “ASAN xidmət” mayın 4-dən İsmayıllı rayonunda fəaliyyətə başlayacaq və mayın 26-dək rayon sakinlərinə xidmət göstərəcək

28 aprel 2026 | 17:03

Vətəndaşlara Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif xidmətlər təqdim olunacaqdır. Bu xidmətlərə sürücülük vəsiqələrinin dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmək pensiyalarının təyin edilməsi, həmçinin daşınmaz əmlak sahəsində xidmətlər daxildir.

Səyyar “ASAN xidmət”ə müraciət edən vətəndaşlara, həmçinin funksional yardımçı xidmətlər də göstəriləcəkdir. Bu xidmətlərə tibbi və poçt xidmətləri daxildir.

Keçidlər