Səyyar ASAN xidmət İsmayıllıda
31 mart 2023 | 15:25
İsmayıllı rayon sakinlərinin nəzərinə! Qəbələ Səyyar ASAN xidmət avtobusu 03.04.2023 - 28.04.2023 tarixlərdə İsmayıllı sakinlərinə xidmət göstərəcək.
Səyyar Xidmət Məntəqəsi: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 55 (Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı Rayon Şöbəsinin qarşısı)
Vətəndaşlara göstərilən xidmətlər:
- Sürücülük vəsiqəsinin dəyişdirilməsi
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
- Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi
- Əmək penisyaların təyin edilməsi
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
- Notariat fəaliyyəti
- Daşınmaz əmlakla bağlı əməliiyatların qeydiyyatı
Qeyd:
Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.