Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaş qəbulu

22 avqust 2024 | 11:05

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov avqust ayının 23-də İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-da  İsmayıllı rayonu “9 №-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda İsmayıllı və Ağsu rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin İsmayıllı rayonu “9 №-li Yol İstismarı” və  Ağsu rayonu “16 №-li Yol İstismarı”  MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Keçidlər