1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
01 iyun 2025 | 10:40
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları səmimi-qəlbdən təbrik edirik. Bu əlamətdar gün bizə uşaqların cəmiyyətin ən dəyərli üzvləri olduğunu bir daha xatırladır. Onların sağlam, təhlükəsiz və sevgi dolu mühitdə böyüməsi hər birimizin əsas vəzifəsidir.
Uşaqlar bizim gələcəyimizdir. Onların təhsilli, xoşbəxt və vətənpərvər ruhda yetişməsi üçün daim dəstək göstərməli, hüquqlarını qorumağa, arzularını reallaşdırmağa çalışmalıyıq.
Bu münasibətlə gələcəyimizin parlaq ümidlərinə – bütün balaca fidanlara sevinc dolu bir uşaqlıq və işıqlı gələcək arzu edirik.






