1 Mart-Ümumdünya Mülki Müdafiə Günüdür
02 mart 2023 | 11:19
Bu gün İsmayıllıda Heydər Əliyev Mərkəzində Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzin təşkilatçılığı ilə 1 Mart-Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu “ mövzusunda tədbir keçirilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin və RİH-nin əməkdaşları, idarə və müəssisə rəhbərləri iştirak edib. Qeyd edək ki, 1 Mart-Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar təkcə rayon mərkəzində deyil, təhsil müəssisələri və aidiyyəti qurumlarda da tədbirlər keçirilib.