“1 mart–Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda tədbir keçirilmişdir
02 mart 2026 | 13:38
Tədbir çərçivəsində İƏD üzrə nümayəndəliklərdə, bələdiyyələrdə, eləcə də digər idarə, müəssisə və təşkilatlarda geniş maarifləndirmə işləri aparılmışdır. İştirakçılara ekoloji risklərin vaxtında müəyyən olunması, düzgün qiymətləndirilməsi və effektiv idarə edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir.
Çıxışlarda ətraf mühitin mühafizəsi, fövqəladə halların qarşısının alınması, əhalinin təhlükəsizliyinin təmin edilməsi və dayanıqlı inkişaf prinsiplərinin təşviqi məsələləri xüsusi vurğulanmışdır.
Keçirilən tədbirin əsas məqsədi cəmiyyətdə ekoloji məsuliyyətin artırılması, qabaqlayıcı tədbirlərin gücləndirilməsi və risklərin minimuma endirilməsi istiqamətində birgə fəaliyyətin təşkili olmuşdur.






