“Kitabi Dədə Qorqud Avropada” mövzusunda elmi-praktik konfrans keçirilib
Oktyabr ayının 30-da İsmayıllı şəhər bir nömrəli tam orta məktəbdə “Kitabi-Dədə Qorqud Avropada” mövzusunda açıq dərslər dinlənilib, Dərsin davamı olaraq Rayon Uşaq Yaradıcılıq Mərkəzində elmi-praktik konfrans keçirilib.
Tədbirdə RİH-nin məsul işçisi Gülnarə Mirzəliyeva, RTŞ-nin müdiri Rasim Orucov, RTŞ-nin əməkdaşları şəhər məktəblərinin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon Təhsil Şöbəsinin metodisti Rəna Mirzəliyeva bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanlarının öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Keçmiş Sovetlər Birliyində məhz ulu öndər Heydər Əliyevin tapşırığına əsasən 1975-ci ildə “Dədə Qorqud” bədii film çəkilib, 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud”un 1300 illiyi haqqında” Fərman, 2000-ci ildə isə “Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması” ilə bağlı Sərəncam imzalanıb. Ümummilli Lider tərəfindən “Kitabi-Dədə Qorqud”la bağlı müəyyənləşdirilmiş dövlət siyasəti bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Konfransda, 4 nömrəli məktəbin müəllimi Sevda Əmirova, bir nömrəli məktəbin müəllimləri Bahar Abdullayeva, Təranə Məmmədovanın məruzələri dinlənilib.
Rayon bir nömrəli məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompazisiya nümayiş etdirilib. Xatirə şəkilləri çəkilib.