Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər 5 saylı tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri

03 noyabr 2015 | 16:00

3 noyabr 2015-ci il tarixdə İsmayıllı şəhər 5 saylı tam orta məktəbin akt zalında Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirildi. Tədbiri məktəbin direktoru Elçin Məmmədov açıq elan etdi və qonaqları salamladı və sözü Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xətai Abbasova verdi. Xətai Abbasov ilk öncə tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi və “uşaq hüquqları aylığı”nın mahiyyətindən danışdı. Hüququn ayrı-ayrı sahələri barəsində məlumat verən X.Abbasov çıxışını əsasən şagirdlərlə diskussiya şəklində qurdu. Çıxış üçün söz İsmayıllı rayon prokurorunun köməkçisi Turxan Seyidə verildi. T.Seyid Azərbaycanda hüquq-mühafizə sisteminin təşkilindən, hüquqi müdafiə mexanizmlərindən danışdı və bu sahədə uşaqların suallarını cavablandırdı. “İslamda uşaq hüquqları” mövzusunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbə müdiri Rəhim Rəhimli geniş məlumat verdi və bu sahədə şagirdlərin suallarını cavablandırdı.

Keçidlər