“Gənc Təsərrüfatçılar Məktəbi”nin növbəti dərs məşğələsi oldu
06 noyabr 2015-ci il tarixdə “Gənc Təsərrüfatçılar Məktəbi”nin növbəti dərs məşğələsi oldu. Məşğələdə Azərbaycan Respublikası Prezidentinin yanında Bilik Fondunun, Bakı Dövlət Universitetinin numayəndələri, müdavimlər iştirak edirdilər. Məktəbin icraçı rəhbəri Sevda Qasımova ilk öncə qonaqları salamladı və dərsi açıq elan etdi. Bilik Fondunun aparıcı məsləhətçisi Almaz Axundova ailə fermer təsərrüfatının quruluşu və fəaliyyətinə aid Norveç filmini sinxron tərcümə ilə nümayiş etdirdi. BDU-nin Jurnalistika fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva “Kitabi Dədə Qorqud” dastanlarında torpağa və onun əkilib-becərilməsinə münasibət mövzusunda mühazirə söylədi.
Dərs məşğələsi qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və maraqlı təkliflər səsləndirilib.