İsmayıllı şəhər 6 saylı orta məktəbdə “Uşaq hüquqları aylığı”
7 noyabr 2015-ci il tarixdə İsmayıllı şəhər 6 saylı orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Qalib Bəşirov açıq elan edərək müəllim heyətini və şagirdləri salamladı və sözü Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xətai Abbasova verdi. X.Abbasov öz çıxışında “Uşaq hüquqları aylığı”nın mahiyyətindən danışdı. Hüququn ayrı-ayrı sahələrindən qısa məlumat verən natiq uşaq hüquqlarının təmin edilməsi mexanizmindən də söhbət açdı və bu sahənin inkişaf dinamikasını, bu sahədə son dövrlər dövlət tərəfindən görülən işlərin müsbət uğurlu nəticəsini vurğuladı. Sonda şagirdlərin sualları cavablandırıldı.