İsmayıllı gəncləri Dövlət Bayrağı Meydanında
07 noyabr 2015-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi və İsmayıllı Turizm İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun bir qrup gənci Dövlət Bayrağı günü münasibəti ilə Bakı şəhərinə səfər edib. Gənclər əvvəlcə Dövlət Bayrağı Muzeyi və Dövlət Bayrağı Meydanı ilə tanış olublar. Azərbaycan dövlətçiliyinin müxtəlif dövrlərinə aid olan bayraqlar gənclərdə böyük maraqla qarşılanıb.
İsmayıllı gəncləri Azərbaycan Respublikasının ikinci dəfə müstəqillik qazandıqdan sonra üçrəngli bayrağı ilk olaraq Naxçıvan Ali Məclisində dövlət bayrağı kimi qəbul etmiş Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, sonra vətənimiz, xalqımız və bayrağımız uğrunda canından keçən şəhidlərin müqəddəs ruhunu Şəhidlər Xiyabanında yad ediblər.
İsmayıllı gəncləri bu səfərdən sonra Vətən qarşısındakı borclarını bir daha dərindən dərk etdilər.