“Gender və vergi mədəniyyəti” adlı tədbir keçirilib.
Azərbaycan Respublikası Müasir Qadın və Cəmiyyət İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gender və vergi mədəniyyəti” adlı layihənin icrasına başlayıb.
“Gender və vergi mədəniyyəti” layihəsi “Vergi dostları” şəbəkəsinin genişlənməsinə dəstək olmağı və bu istiqamətdə qadınların potensialından, gücündən daha yaxşı faydalanmağı nəzərdə tutur.
Tədbirdə iştirak edən RİHB-nin müavini Sevil Əhmədova, 10 saylı Vergi idarəsinin baş hüquqşünası Elman Qafarov, İctimai birliyin sədri Fidan Maqsudova və əməkdaşı Lalə Maqsudova, RTŞ-nin metodisti Rəşid Məmmədov, habelə rayonun fəal gəncləri iştirak ediblər.
Layihənin əsas məqsədi məcburi vergi yığımlarından könüllü vergi ödəmələrinə keçid prossesini həyata keçirilməsi, vergi mədəniyyətinin aşılanması işində qadınların rolunu artırmaqdan, qadınların bu sahədə bilgilərinin artırılmasına nail olmaqdan ibarətdir