Məşğulluq Mərkəzində dəyirmi masa
17 noyabr 2015 | 16:00
17 noyabr 2015-ci il tarixdə İsmayıllı rayon Məşğulluq Mərkəzində “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Məşğulluq Mərkəzinin və RİH-nin nümayəndələri, məktəb direktorları, sahibkarlar və müəssisə rəhbərləri iştirak ediblər. Tədbirin əsas məqsədi əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi, işaxtaran və işəgötürənlərlə Məşğulluq Mərkəzi arasında qarşılıqlı əlaqələrin qurulması olmuşdur.