Şriftin ölçüsü :

Saytın rəngi :

Sumağallı kəndində səyyar görüş-qəbul

25 aprel 2013 | 15:00

Sumağallı kənd məktəbində sakinləri qarşılayan Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov respublikada, rayonda və Sumağallı İnzibati Ərazi Dairəsində son dövrlərdə görülən işlər, qarşıda duran vəzifələr, rayonun və Sumağallı İƏD-nin imkanları və inkişafı üçün görüləcək işlər barədə məlumat verdi.
11 nəfər kənd sakininin qaldırdıqları kəndin ümumi və şəxsi problemlərini dinləyən Mirdaməd Sadıqov aid idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verdi.
Qeyd: Hər bir səyyar görüş-qəbulda aidiyyəti şəxslərə verilmiş tapşırıqlar növbəti həftələrdə yenidən müzakirə olunur və icrası barədə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova məlumat verilir.

Keçidlər