İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində seminar
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə noyabrın 27-də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda növbəti seminar keçirilib.
Tədbirdə təhsil müəssisəsinin müəllim və tələbələri iştirak ediblər. Seminar iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verilib, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara istehlakçı hüquqlarına dair 18 adda müxtəlif bukletlər və yaddaş kitabçaları paylanılıb.