Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonu səksən dörd il bundan əvvəl yaradılıb.

27 noyabr 2015 | 16:00

Səksən dörd il bundan əvvəl Azərbaycanda yeni bir ərazi vahidi –İsmayıllı rayonu yaradılıb. Ayrı-ayrı vaxtlarda müxtəlif inkişaf dövrü yaşayan, sosial-iqtisadi, infrastruktur, sənaye və kənd təsərrüfatı baxımından inkişaf edən rayon bu gün 1 şəhər, 2 qəsəbə və 105 kəndi əhatə edir. Hazırda rayon əhalisinin sayı 84697  nəfərdən çoxdur. Onların 33 faizi şəhərdə, 67 faizi isə kəndlərdə yaşayır.
Bu gün rayonda kənd təsərrüfatı, sənaye, turizm, elm və təhsilin inkişafına xüsusi diqqət yetirilir, rayon mərkəzi, qəsəbə və kəndlər sürətli inkişaf dövrünü yaşayır, insanların sosial həyatında, məişətində yeniləşmə özünü göstərir. İsmayıllılar daha xoşbəxt və firavan həyata qovuşurlar.
27 noyabr 2015-ci il tarixdə İsmayıllı rayonun yaradılmasının 84-cü ildönümü ilə əlaqədar Heydər Əliyev adına Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbirdə RİHB-nin müavinləri, hüquq-mühafizə, idarə və müəsissə rəhbərləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qonaqlar  İsmayıllı rayonunun tarixini, xalq sənətkarlığını, kənd təsərrüfatını, yerli məhsullarını, təhsilini, incəsənətini, ədəbiyyatını əks etdirən  sərgi ilə tanış olublar. Tədbirdə RTŞ-nin  metodisti Ramiz Baloğlanov, Talıstan kənd tam orta məktəbin tarix müəllimi Xalid Mürşüdov, şəhər 6 saylı tam orta məktəbin azərbaycan dili və  ədəbiyyatı müəllimi Hacıməmməd Məmmədov çıxış edərək rayonun inkişaf tarixi barədə ətraflı məlumat veriblər. Məruzəçilər ulu öndər Heydər Əliyevin, onun layiqli siyasi varisi Prezident İlham Əliyevin Azərbaycanın digər bölgələri kimi İsmayıllıya da göstərdikləri diqqət və qayğıdan bəhs ediblər. Natiqlər dövlətimizin başçısının İsmayıllıya son səfərlərini xatırladaraq, müdrik rəhbərimizin rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar verdiyi konkret tapşırıqlardan danışıblar.
Tədbir konsert proqramı ilə davam etdirilib.

Keçidlər