Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayillı əlilləri dövlət qayğısından yararlanırlar

02 dekabr 2015 | 16:00

İsmayıllı rayonunda “Beynəlxalq Əlillər Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilir. Bu tədbirlərin keçirilməsi bir daha onu göstərir ki, əlilər hər zaman dövlər qayğısı ilə əhatə olunur, onların cəmiyyətə inteqrasiya olunmaları üçün müxtəlif proqramlar tətbiq edilir.
       Belə ki, 2 dekabr 2015-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi və  “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin təşəbbüsü  ilə 3 dekabr “Beynəlxalq Əlillər Günü” ilə əlaqədar İsmayıllı rayonunda yaşayan imkansız və əliliyi olan 21 nəfər  “Sağlamlıq Marafonu” layihəsi çərçivəsində Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinə müayinəyə göndərilmişlər.
      Yola salınanlar avtobusla təmin olunmuş, rayonun Mərkəzi meydanından yola salınmışlar.

Keçidlər