Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Beynəlxalq Əlillər günü qeyd edildi.

03 dekabr 2015 | 16:00

İsmayıllı rayon icra hakimiyyəti “Qala” şadlıq  sarayında  Qarabağ müharibəsi əlillərinin, Çernobl əlillərinin, fiziki  imkanları məhdud olan insanların iştirakı ilə  Beynəlxalq Əlillər  gününə  həsr olunmuş  tədbir keçirdi. Dekabrın 1-dən başlayaraq RİH-nin  təşkilatçılığı ilə  hərəkət imkanı olmayan birinci qrup əlillərin, əlil və fərdi  təhsilə cəlb edilmiş məktəb yaşlı  uşaqların ünvanına  həkimlər, müəllimlər, digər xidmət işçiləri ilə  birlikdə gələrək qayğıya ehtiyacı olan  sakinləri yad ediblər.
Şadlıq sarayındakı tədbirdə  daha çox diqqəti cəlb edən  əlil uşaqların  yaradıcılıq nümunələri  oldu. Uşaqlara və ailələrə dəstək mərkəzinin könüllüləri olan  əlil uşaqların da əl işləri  tədbirdə sərgilənirdi. Qayğıkeş,mərhəmətli insanlar  çoxsaylı əl işləri  və yaradıcılıq  nümunələrini almaqla əlillərə maddi dəstək  oldular.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı  Mirdaməd Sadıqov qeyd etdi ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması  ilə əlillərin sosial müdafiəsi, onların  həyatına, sağlamlığına  dövlət dəstəyi sosial siyasətdə öncül məsələyə çevrildi.Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə İsmayıllıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün  yaşayış binaları istifadəyə verilmişdir.  Bir çoxları xüsusi avtomobillərlə təmin olunmuş, ehtiyacı olanlar  müxtəlif dərəcəli reabilitasiya kurslarını keçmişdir. Mirdaməd Sadıqov onu da  bildirdi ki, bütün bunlar dövlət başçısı İlham Əliyevin  əlillərin ehtiyaclarına  və problemlərinə, onların cəmiyyətə  tam  qovuşması  üçün maksimum  əlverişli  şərait  yaradılmasına  daim diqqət  yetirdiyini bir daha təsdiq edir.
  Tədbirdə çıxış edənlər əlillərin  ehtiyaclarına daimi diqqətə görə ölkə rəhbərliyinə  minnətdarlıqlarını  bildirdilər. Dövlət qayğısını  aid  bütün  ünvanlara dəqiq və  vaxtnda  çatdırdığı üçün rayon rəhbərliyinə təşəkkür etdilər. Beynəlxalq Əlillər  gününə həsr olunmuş  tədbir iştirakçılara imkan verdi ki, görüşsünlər, qayğı və sevinclərini  bölüşsünlər, yaradıcılıq imkanlarını  nümayiş etdirsinlər, musiqi dinləsinlər və birgə nahar etsinlər.
Sonda bədii söz, rəsm, şer yaradıcılığı ilə fərqlənən əlillərə rayon icra hakimiyyətinin hədiyyələri verildi.
Beynəlxalq Əlillər gününün keçirilməsində DSMF rayon şöbəsi  və rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi , bədii proqram, 2 saylı uşaq bağçasının  körpələri və incəsənət məktəbi şagirdləri fəal iştirak etdilər.

Keçidlər