“Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib
“Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi ilə əlaqədar İsmayıllıda ictimaiyyət nümayəndələrinin yığıncağı keçirilmişdir.
İsmayıllı Azərbaycanın mirvarisi, Gənclər paytaxtı, sənətkarlar yurdudur. Lahıc, Basqal kimi qədim və zəngin tarixi, maddi və mədəni irsi olan bir məkandır. Ölkə prezidenti cənab İlham Əliyevin hərtərəfli dəstəyi, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətinin nəticəsi olaraq “Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Perezentativ siyahısına daxil edilib. Nambiya Respublikasının paytaxtı Vindhuk şəhərində keçirilən UNESCO-nun 10-cu sessiyasında Azərbaycan tərəfindən “Lahıc misgərlik sənəti” nominasiyası təqdim olunmuş, Qeyri-mədəni irsin qorunmasına dair Konvensiyanın bütün kriteriyalarına yüksək şəkildə cavab vermiş və siyahıya daxil edilmişdir.
Lahıc sənətkarlarının sənət əsərləri təkcə İsmayıllıda deyil, respublika və onun hüdudlarından kənarda da Azərbaycanın sənətkarlıq nümunəsi kimi çox yüksək səviyyədə təmsil olunmuşdur.
Bu münasibətlə dekabr ayının 24-də İsmayıllı Rayon İcra Hakimiyyətinin iclas zalında rayon ictimaiyyəti nümayəndələrinin yığıncağı keçirilmiş, yığıncaqda 200-ə yaxın rayon sakini, ziyalılar, rayon fəalları, gənclər və ağsaqqallar, Lahıc sənətkarları iştirak etmişlər.
RİH-nin başçısı cənab Mirdaməd Sadıqov yığıncağı giriş sözü ilə açaraq qeyd etmişdir ki, bu hadisə bütün İsmayıllı sakinlərinin sevincinə səbəb olmuş, məsuliyyətimizi daha da artırmış, bizi daha yaxşı işləməyə, rayonun gələcək inkişafını təmin etməyə ruhlandırmışdır. lahıc sənətkarlarının sənət əsərlərinə verilən bu yüksək qiymətə görə ölkə rəhbəri cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevaya bütün ismayıllılar, Lahıc sənətkarları adından minnətdarlığımızı bildiririk.
Yığıncaqda Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Azər Abbasov, Lahıc Tarix-Mədəniyyət Qoruğunun baş fond mühafizi Nəzər Əliyev Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, UADM-nin direktoru Lətifə Əliyeva, rayon ağsaqqalı Abduləli Əliyev, dövlət qulluğu veteranı Valeh Salehov, Lahıc İƏD üzrə nümayəndə Fikrət Haqverdiyev, Lahıc qəsəbə Xəstəxanasının baş həkimi Sədrəddin İsgəndərov, Lahıc qəsəbə orta məktəbinin müəllimi Dadaş Əliyev çıxış edərək mədəni irsimizə
Verilən bu yüksək dəyərə görə Lahıc sənətkarlarını təbrik etmiş, ölkə rəhbərliyinə, Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Yığıncaqda rayon Peşə Tədris Mərkəzinin Lahıcda misgərlik, Basqalda kəlğayı, Qalacıqda isə xalçaçılıq üzrə kursların açılması , Lahıc qəsəbəsində misgərlik muzeyinin yaradılması vurğulanmışdır.
Rayon ictimaiyyəti nümayəndələri tərəfindən ölkə prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuş, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva, Mədəniyyət və Turizm Nazirliyinə və digər əlaqədar təşkilatlara təşəkkür məktubları ünvanlanmışdır.