Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi zəngin məzmunlu, müxtəlif formalı tədbirlərlə anılır.

08 dekabr 2015 | 16:00

İsmayıllı rayon icra hakimiyyəti ümummilli liderimiz Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər planı hazırlamış, bütün icraçıların, mətbuat, təhsil  işçiləri, ictimaiyyət, gənclər və idman təşkilatları nümayəndələrinin iştirakı ilə müzakirə etmiş, keçiriləcək tədbirləri proqramlaşdırmışdır. Anım gününə həsr olunmuş  dəyirmi masa arxasında söhbətlər, idman  turnirləri, Heydər Əliyev siyasətinin müxtəlif  istiqamətlərinə  həsr olunmuş siyasi-ideoloji konfranslar rayonun bütün  yaşayış məntəqələrini və təşkilatlarını əhatə edir.
8 dekabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda  keçirilən “Heydər Əliyev idarəetmə məktəbinin növbəti məşğələsi  elmi-tarixi əhəmiyyəti, əhatə miqyası ilə  daha möhtəşəm olmuşdur. Tədbirdən əvvəl  İsmayıllı-Şamaxı magistral yolunun başlanğıcında  iştirakçılar yüzlərlə ağac əkib, sonra Heydər Əliyev Mərkəzinə gəliblər.
“Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusuna  həsr olunmuş  məşğələni giriş sözü ilə  “Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Əzizə Vahabova açıb
Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxılıb.
Təbii fəlakət nəticəsində həlak olan neftçilərin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.
RİH aparatının baş məsləhətçisi Murad Məhərrəmov,Topçu kənd tam orta  məktəbin direktoru  Xavər Allahverdiyeva, Təzəkənd tam orta məktəbinin tarix müəllimi  Hacalı Səlimov və təhsil işçisi Rəşid Məmmədov ümummilli liderin  Azərbaycançılıq məfkurəsinə  konkret  istiqamətlərindən  yanaşmaqla çıxış ediblər.
Rayon icra hakimiyyətinin başçısı, “Heydər Əliyev idarəetmə məktəbi”nin təsisçisi və rəhbəri Mirdaməd Sadıqov ətraflı, elmi təhlilə əsaslanan çıxışı ilə Azərbaycan tarixinin Heydər Əliyev epoxasını yüksək səviyyədə xarakterizə edib.
Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş  və dahi şəxsiyyətin  xoşladığı mahnı və şeirlər ifa olunub.
Onu da qeyd etmək lazımdır ki, “Heydər Əliyev idarəetmə məktəbi” təsis olunduqdan sonar Ulu öndərin ideoloji - siyasi irsinə, anım və xatirə günlərinə həsr olunan və Heydər Əliyevin  adı ilə bağlı  tədbirlər burada keçirilir.

Keçidlər