“Kütləvi çıxarış” kampaniyası İsmayıllıda
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 9 saylı ərazi idarəs “Kütləvi çıxarış” kampaniyasını 9 dekabr 2015-ci il tarixdə İsmayıllı rayonunun Topçu kəndində keçirib. Kampaniyada əvvəllər müxtəlif qurumlar tərəfindən verilmiş qeydiyyat vəsiqələri, aktlar, şəhadətnamələr, əmrlər və digər mülkiyyət sənədləri əsasında kütləvi şəkildə çıxarışlar təqdim olunub.
Belə ki, kəndində baş tutan kampaniyada 80-ə yaxın kənd sakininə dövlət reyestrindən çıxarış verilib, 30-yaxın vətəndaşdan ilkin mülkiyyət sənədi qəbul edilib.
Kampaniyanın məqsədi qeydiyyat xidmətlərini vətəndaşlara birbaşa yerlərdə çatdırmaqla bu xidmətlərdən daha geniş əhali kütləsinin səmərəli istifadəsini təmin etməkdir.
Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlar üçün mühüm əhəmiyyət kəsb edən bu kampaniyanı rayonun digər kəndlərində də mütəmadi olaraq davam etdirəcək. Kampaniyanın davamlı həyata keçirilməsi daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun artması və vətəndaşların sosial durumunun daha da yaxşılaşdırılmasına xidmət edir.