Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon Mərkəzi Xəstəxanasında “Heydər Əliyev və Azərbaycanda səhiyyənin inkişafı” mövzusunda tədbir keçirilib

11 dekabr 2015 | 16:00

Rayon  Mərkəzi  Xəstəxanasında  “Heydər  Əliyev  və  Azərbaycanda  səhiyyənin  inkişafı” mövzusunda  tədbir  keçirilib.  İlk olaraq Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon Mərkəzi Xəstəxananın  baş  həkimi Aydın  Əsədov tədbiri giriş  sözü  ilə  açaraq  Azərbaycanda  səhiyyə  sahəsindəki   uğurların  Heydər Əliyevin  adı  ilə  bağlı  olduğunu  deyib. Qeyd edib ki, ulu öndər dünyanın nadir, fərqli siyasətçisi idi. Tək Azərbaycan səviyyəsində deyil, dünya  miqyasında sözü keçərli, nüfuzu qəbul edilən lider idi. Onun siyasəti milli maraqlar üzərində qurulmuşdu. Çıxış edən RİH baş məsləhətçisi Nəsimi Teymurov,  İsrail İsmayılov, Abdullətif Əliyev və Murad Həbibov da bildiriblər ki, bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Azərbaycan heydər Əliyev siyasəti ilə irəliləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inmaını artırır.

Keçidlər