Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın İto şəhərindən təşəkkür məktubu

14 dekabr 2015 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı
Mirdaməd Sadıqov cənablarına


Hörmətli cənab Sadıqov,
İto şəhərinin qonaqlama könüllü qrupu və eləcə də İto şəhəri Beynəlxalq Xalqdan Xalqa təşkilatının (People to People İnternational İto) üzvlərinə qonaqpərvərlik göstərdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin böyük köməyiniz nəticəsində Yapon mədəniyyətinə aid tədbirlərin uğurlu şəkildə keçirildiyini bilmək bizim üçün çox xoşdur. Tədbirlər boyunca göstərdiyiniz dəstəyə görə səmimi qəlbdən çox təşəkkür edirik.
Sizin dəstəyiniz ilə İsmayıllı rayonu və İto şəhəri arasında bu yay mübadilə proqramını başlaya bildiyimizə görə çox şadıq. Ümid edirəm ki, bu proqram yaxın gələcəkdə də davam edəcək və uzunmüddətli dostluq əlaqələrimizə bir tövhə verəcəkdir.
Dost şəhərlər kimi bizim əlaqələrimizdə Sizə davamlı rifah və uğurlar arzulayıram.

Hörmətlə,
Hiromi TSUKUDA
İto şəhərinin meri
19 oktyabr 2015-ci il

Keçidlər