Şriftin ölçüsü :

Saytın rəngi :

Seminar-müşavirə

16 dekabr 2015 | 16:00

16 dekabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində İƏD üzrə nümayəndələrin müavinlərinin iştirakı ilə növbəti seminar-müşavirə keçirilib. Tədbirdə RİH başçısı Aparatının Ərzai idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov, İƏD üzrə nümayəndələrin müavinləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə acan Rüstəm Səmədov “Vətəndaşların müraciətləri haqqında” 30 sentyabr 2015-ci il tarixli 1308-İVQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə müavinlər tanış edildilər və Qanunun icrası barədə qarşıda duran vəzifələrdən danışaraq tövsiyə və tapşırıqlarını verdi.
Ərzai idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, Rayon Mülki Müdafiə Qərargahının rəisi V.Muradəliyev 2015-ci tədris ilində rayonun mülki müdafiə hazırlığının yekunu və 2016-cı ildə qarşıda duran vəzifələr barədə RİH başçısının 10.12.2015-ci il tarixli 148 saylı Sərəncamı, 2016-cı tədris ilində FHN-yi Mərkəzi Mülki Müdafiə və Şamaxı Regional FH və MM şöbəsində keçiriləcək kurslarda iştirak edəcək müdavimlərin komplekləşdirilməsi barədə 10 dekabr 147 saylı Sərəncam ilə tanış etdi və 2016-cı ildə rayonun Mülki Müdafiə hazırlığı ilə əlaqədar Mülki Müdafiə tədbirləri planlarının hazırlanması, Şamaxı Regional FH və MM şöbəsi ilə razılaşdırılması və digər işlərlə bağlı tövsiyə və tapşırıqlarını verdi.
Sonda seminar-müşavirə iştrakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər