Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın İto şəhəri İsmayıllı uğurlarına sevinir

17 dekabr 2015 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı
Mirdaməd Sadıqov cənablarına

Hörmətli cənab Sadıqov,
“Lahıc misgərlik sənəti”nin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi xəbəri bizim hədsiz sevincimizə səbəb oldu.
Ənənəvi xalq sənəti təcrübəsini qoruyan və nəsillərə ötürən insanlara hörmət və ehtiramımızı bildirmək istərdik.  Ümidvar olduğumuzu bildiririk ki, bu qeydiyyat ənənəvi mədəniyyətə dəstək olacaq və Lahıc ətrafındakı mühit birgə qüvvələrlə daha da yaxşılaşdırılacaq.
Şəhərlərimiz arasında dostluğun və münasibətlərimizin daha da çiçəklənməsini arzulayır, ən yaxşı istəklərimi Sizə ünvanlayıram.

Hörmətlə,
Hiromi TSUKUDA
İto şəhərinin meri
11 dekabr 2015-ci il

Keçidlər