Şriftin ölçüsü :

Saytın rəngi :

"Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim"

20 dekabr 2015 | 16:00

“Demokratik Islahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və İsmayıllı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Bakı şəhərindən gəlmiş bir qrup jurnalistlərlə Peşə Tədris Mərkəzi,İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və İnnovasiya qrupunun fəal gənclərinin iştirakı ilə "Səfir olsaydım,Azərbaycanı necə təbliğ edərdim" layihəsi çərçivəsində tədbir keçirilib. Tədbiri İsmayıllı Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq qonaqları salamladı və İsmayıllı gənclərinin fəallığının uğurlu nəticələrini diqqətə çatdırdı. 
İctimai Birliyin rəhbəri Vüsalə Hüseynova layihə barədə ətraflı məlumat verərək layihənin məqsədini iştirakçıların diqqətinə çatdırıb.
Layihə çərçivəsində gənclər müxtəlif fikirlər təkliflər səsləndiriblər.

Keçidlər