Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Çernobl qəzasının 29-cu ildönümüdür

27 aprel 2013 | 15:00

Çernobl faciəsində əlil olmuş 34 nəfər İsmayıllı rayon sakini ilə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 26 aprel 2013-cü ildə görüşmüşdür.
Çenobl əlilləri əvvəlcə Şəhidlər xiyabanını ziyarət etmiş, həmin ərazidə 50 ədəd şam ağacı əkmiş, sonra Rayon İcra Hakimiyyətinin konfrans zalına gəlmişlər. RİH-nin başçısı Mirdaməd Sadıqov aid idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Çernobul faciəsi zamanı əlil olmuş insanlarla çox səmimi söhbət aparmış, dərmana olan ehtiyatlarının ödəniləcəyini bildirmişdir.
Görüşün hər bir iştirakçısı diqqətlə dinlənilmiş, dövlət qayğısını müntəzəm olaraq hər bir ünvan sahibinə çatdırılacağı bir daha diqqətə çatdırılmışdır.
Qaldırılan hər bir məsələnin həlli ilə əlaqədar konkret tapşırıqlar verilmişdir.

Keçidlər