Növbəti “nümayəndə günü” keçirildi
25 dekabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində İƏD üzrə nümayəndələrin iştirakı ilə növbəti “nümayəndə günü” keçirildi. Tədbiri giriş sözü ilə RİH başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri R.Səmədov açaraq, qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi və bayram günlərində gücləndirilmiş iş rejimində işləmələri barədə onlara müvafiq tapşırıq və tövsiyələrini verdi. Sonra 07-30 yanvar 2016-cı il tarixlərdə İƏD üzrə nümayəndəliklərdə 2015-ci ildə görülmüş işlər barədə hesabat yığıncaqlarının təşkili və keçirilməsi barədə danışdı, bu məqsədlə hazırlanmış cədvəli onların diqqətinə çatdırdı. İƏD üzrə nümayəndəliklərin 2016-cı ilin birinci yarımili üçün iş planlarının tərtibi və razılaşdırılması barədə geniş danışaraq müvafiq tapşırıqlarını verdi. Sonda Dövlət Arxivinin İsmayıllı rayon şöbəsinin müdiri İ.Əkbərov İƏD üzrə nümayəndəlikərin sənədlərini Dövlət Arxivinə verilməsinin vacibliyindən danışdı.