Şriftin ölçüsü :

Saytın rəngi :

əlil uşaqların əl işlərindən ibarət satış - sərgi keçirilib

26 dekabr 2015 | 16:00

"Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin) və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 26 dekabr 2015-ci il tarixdə Uşaq kitabxanasında əlil uşaqların əl işlərindən ibarət  satış - sərgi  keçirilib.
          Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı M.Sadıqov, RİH-nin məsul işçiləri, Beynəlxalq Diplomatiya Akademiyasının MDB ölkələri üzrə sülh məramlı səfiri Aleksandr Şopero Suliman, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri Mirzə Məmməd-Vəliyev, “Vətəndaşların Sosial Rifahının gücləndirilməsinə dəstək” İB-nin sədri Venera Əsədova və Qarabağ əlilləri, ümumi səbəbdən əlil olanlar  iştirak edib.
Qonaqları salmlayan RİHB-nin müavini Rövşən Ağayev qarşıdan gələn bayramlar münasibətilə hər kəsi təbrik edib, tədbirin rayonda keçirilməsinin əhəmiyyətindən danışıb.
“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri Mirzə Məmməd-Vəliyev, “Vətəndaşların Sosial Rifahının gücləndirilməsinə dəstək” İB-nin sədri Venera Əsədova çıxış edərək yaradılan şəraitə görə rayon rəhbərliyinə təşəkkürlərini  bildiriblər. Azərbaycan - İsrail Beynəlxalq Tibb Mərkəzinin təsisçisi və direktoru, Sülhməramlı səfir, Seffadi adına Beynəlxalq İnformasiya Diplomatiya Mərkəsinin MDB üzrə rəhbəri cənab Aleksandr Şapiro hər bir insanın əlillərə qarşı diqqət və qayğısının vacibliyindən danışaraq, gələcəkdə bu aksiyanın daha geniş formada keçiriləcəyinin planlaşdırıldığını vurğulayıb. Daha sonra birliyin əməkdaşları Rayon İcra hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqovla görüş keçiriblər.

Keçidlər