Şriftin ölçüsü :

Saytın rəngi :

İvanovka kənd tam orta məktəbində yubiley tədbiri

28 aprel 2013 | 15:00

Heydər Əliyevin 90 illiyi ilə əlaqədar silsilə tədbirlər davam edir. İsmayıllı rayonunun İvanovka kəndində də Ulu öndərin 90 illik yubileyi ilə əlaqədar tədbir keçrilib. Əvvəlcə məktəb şagirdlərinin iştirakı ilə təmizlik işləri aparılıb. Məktəblilər parkətrafı əraziləri alaq otlarından təmizləyib, ətrafdakı ağacları  əhəngləyiblər. Daha sonra ziyalıların, müəllimlərin, məktəblilərin və kənd ağsaqqallarının iştirakı ilə qapalı şəraitdə davam edən tədbirdə ulu öndərin tarixi xidmətlərindən söz açılıb. Rayonun icra hakimiyyəti başçısının müavini Həsən Həsənov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan xalqına göstərdiyi əvəzsiz xidmətlərdən, İsmayıllıya xüsusilə İvanovkaya olan səfərlərindən danışıb. Ümummilli lider Heydər Əliyevin İvanovkaya gəlişi xatırlanıb və bu görüşlə bağlı xatirələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Keçidlər